Ronaldo ilə Corcina Qırmızı dənizin sahilində - FOTO

21 İyul 2024 14:50 (UTC+04:00)

Portuqaliyalı futbol ulduzu Kristiano Ronaldo və sevgilisi Corcina Rodriges yay mövsümündə günəşli günlərdən zövq alırlar. SİA xəbər verir ki, Kriştiano və Corcina Səudiyyə Ərəbistanında Qırmızı dənizin sahillərində istirahət edirlər. Ronaldo velosiped sürməyi də sevdiyini nümayiş etdirib. İstirahət zamanı belə mükəmməl formada olan portuqaliyalının şəklinə “Xoş günlər” imzası qoyulub.