İran İsrailin Yəmənə hücumunu pislədi

21 İyul 2024 11:08 (UTC+04:00)

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İsrailin Yəmənin Qırmızı dənizdə yerləşən Hudeyda şəhərindəki limanına hücumunu pisləyib. SİA xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Diplomatın fikrincə, yəmənlilər Qəzza zolağındakı qadın və uşaqları dəstəklədikləri üçün hücumla üzləşiblər.