Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib

21 İyul 2024 01:36 (UTC+04:00)

Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib.

SİA xəər verir ki, bu barədə Yunanıstan Yanğınsöndürmə Briqadası məlumat verib.

Havadan və qurudan edilən müdaxilə nəticəsində yanğın ocaqlarından 31-i nəzarətə götürülüb, 14 meşə yanğınının söndürülməsi istiqamətində işlər davam etdirilir.

İyulun 18-də Velos bölgəsində baş verən meşə yanğını ilə əlaqədar 72 yaşlı bir şəxsin həbs edildiyi bildirilib. O, törətdiyi əməli etiraf edib və həmin şəxsə 37 ay həbs cəzası verilib.