Fransanı blokadadan yalnız Makronun istefası xilas edəcək...

21 İyul 2024 00:05 (UTC+04:00)

...Prezident Makron Fransanı siyasi xaosa sürükləyib və tətildən qayıtdıqdan sonra parlament tam blokada ilə üzləşəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Respublikaçı lider Erik Siotti BFM TV-yə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, bu vəziyyətdən yeganə çıxış yolu dövlət başçısının istefası və növbədənkənar prezident seçkilərinin keçirilməsidir.

Səsvermədə məğlub olan prezident koalisiyaların sayəsində qələbəni qoparmağa çalışıb Ancaq bunun əvəzinə parlament sentyabrda “tam blokada” gözləyir.

Bunu deyən Ciottiyə görə, hazırda Makron vəziyyətin pisə doğru dəyişəcəyindən, küçələrdə iğtişaşlar olacağından qorxur.

Siyasətçi xəbərdarlıq edir ki, ölkə üçün əsas təhlükə olan “Fəth olunmamış Fransa” bu məqamdan istifadə edib hakimiyyəti ələ keçirməyə cəhd edə bilər.

Respublikaçı lider hesab edir ki, Fransanı blokadadan çıxarmağa kömək edəcək yeganə həll yolu dövlət başçısının istefası və növbədənkənar prezident seçkilərinin keçirilməsidir.

O, iddia edir ki, Makron hakimiyyətdə olduğu müddətdə Fransanı məhv etdi: vergilər, büdcə kəsirləri və miqrantların sayı artdı, ölkənin təhlükəsizliyi və beynəlxalq nüfuzu düşdü...

Əli Babayev