Müqavilə ilə xidmət etmək istəyən qadınların sayı heyrət doğurur...

21 İyul 2024 00:25 (UTC+04:00)

...Qəbul mərkəzlərinin son altı ayda apardığı işin nəticələrinə əsasən, Ukrayna Silahlı Qüvvələrində müqavilə əsasında xidmət etmək niyyəti ilə müraciət edən vətəndaşların 17-20 faizini qadınlar təşkil edir.

SİA Ukraynanın TSN agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Aleksey Bejevets məlumat verib.

...Bu gün hərbi bölmələrinə daxil olmaq üçün müraciət edən insanların təxminən 17-20 faizə qədəri qadınlardır. Bu, həqiqətən də gözəldir, çünki bu, ordudakı qadınların böyük potensialını göstərir.

Bunu Bejevets deyir.

...Müdafiə Nazirliyinin statistik məlumatlarına görə, bu ilin əvvəlindən indiyədək 10 mindən çox insan çağırış məntəqələrinə müraciət edib. Bundan başqa, hərbi xidmətə qəbul olunanların, yəni könüllü olaraq orduya xidmətə gedənlərin sayında dinamik artım var.

Əli Babayev