Belarus Xarici İşlər Nazirliyi Belarusda ölüm cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Riko Krigerin taleyi ilə bağlı Almaniya tərəfi ilə məsləhətləşmələr aparır. Bu barədə şənbə günü Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz məlumat verib.
SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini “Azadlıq” radiosunun Belarus xidməti sitat gətirir.
Qlazın dediyi kimi, “əlbəttə ki, bu mövzuda Almaniya tərəfi ilə əlaqələr olub... İki ölkənin xarici işlər nazirlikləri vasitəsilə bu mövzuda məsləhətləşmələr aparılır”.
Qlaz əlavə edib ki, Minsk Almaniya tərəfinin öz vətəndaşı ilə bağlı “narahatlığını” başa düşür və ona konsulluq girişi təmin edib.
...Almaniya Xarici İşlər Nazirliyinin müraciətini nəzərə alaraq, Belarus tərəfi vəziyyətin inkişafı üçün mövcud variantlara dair konkret həll yolları təklif edib.
Belarus XİN-in nümayəndəsi də hansı qərarların və variantların olduğunu izah etməyib.
Əli Babayev