..."Barselona" yarımmüdafiəçi Dani Olmonun transferi üçün "Leyptsiq"ə rəsmi müraciət edib.
SİA-nın əldə etdiyi məlumata görə, yeddi ildir ki, "Blauqranas"ın düşərgəsində olan ispaniyalı üçün kataloniyalılar 60 milyon avro təklif edir. Futbolçuya 6 illik müqavilə təklif olunub.
Qeyd edək ki, Olmo İspaniya millisinin tərkibində 2024-cü ildə Avropa çempionu olub. "Leypsiq"in heyətində yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 25 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Yeri gəlmişkən, futbolçu ilə "Bavariya" da maraqlanır. Dani ailəsi və agentləri ilə birlikdə bütün təklifləri diqqətlə öyrənmək niyyətindədir.
"Barselona" son La Liqa yarışında ikinci yeri tutub. Qeyd edək ki, mövsümlərarası yayda Kataloniya klubunun məşqçi mövqeyində dəyişikliklər olub - Xavinin yerinə Hans-Diter Flik gəlib və "Barselona"nın sabiq yarımmüdafiəçisi Tiaqo Alkantara onun köməkçilərindən biri ola bilər.
Nazlı Almuradova