Dünya qlobal texniki nasazlığın nəticələrini aradan qaldırmağa davam edir

20 İyul 2024 23:53 (UTC+04:00)

Windows sistemlərində bir gün əvvəl baş vermiş texniki nasazlıq artıq tarixdə ən böyük nasazlıq adlandırılıb. Rusiyada faktiki olaraq nəzərə çarpmasa da, dünyanın qalan hissəsi çox yavaş-yavaş özünə gəlir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Hindistan və Türkiyədə hava limanlarının fəaliyyəti hələ də pozulur. ABŞ-da ləğv edilən uçuşların sayı iki mini keçib. Minlərlə bankomat da sıradan çıxıb.

Heç də bütün ölkələr dövlət qurumlarının, KİV-lərin, mağazaların, nəqliyyat və tibb müəssisələrinin normal fəaliyyətini bərpa etməyib.
Microsoft xəbərdarlıq edir ki, problemi tamamilə həll etmək bir neçə gün çəkə bilər.

Əli Babayev