...Dietoloqlar hər gün banan yeməyi məsləhət görürlər. Banan çox enerji verir və eyni zamanda çox dadlıdırlar.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, mütəxəssislər qadınlara ilk növbədə qida rasionuna banan əlavə etməyi məsləhət görürlər.
Axı, bu meyvədə bədəndə kollagenin istehsalını təşviq edən çox miqdarda manqan var. Məhz bu maddə qocalmadan qorunmağa kömək edir.
Bananın tərkibində kalium var deyə, ürək və qan damarlarının sağlamlığını qorumaq üçün lazımdır. O, həmçinin qan təzyiqini idarə etməyə kömək edir.
Bir çox insan manqan və kalium haqqında bilsə də, az adam bilir ki, bananda askorbin turşusu da var. Bədənimizin beyin fəaliyyətini yaxşılaşdırmaq və dəmiri daha tez mənimsəmək üçün ona ehtiyacı var.
O, həmçinin kollagenin istehsalında iştirak edir və bədənin toxumalarını və hüceyrələrini zədələnmədən etibarlı şəkildə qoruyur.
Banan, yağları və karbohidratları enerjiyə çevirməyə kömək edən B6 vitamini ilə zəngindir. Sinir sistemini sağlam saxlayan da bu vitamindir. Diyetoloqlar deyirlər ki, banan idmançılar üçün ən yaxşı məhsuldur. Onlar sizi tez doldurur, yeni nailiyyətlər üçün lazım olan enerjini verir. Çünki tərkibində zərərli yağ və xolesterol yoxdur.
Bananın digər müsbət xüsusiyyəti həzmə müsbət təsir göstərməsidir. Bu meyvə bağırsaq sağlamlığını qorumaq üçün lazım olan həll olunmayan liflə zəngindir.
Nazlı Almuradova