İnsanların yaşlanmasını ləngidəcək dərman gəlir

20 İyul 2024 23:16 (UTC+04:00)

İnkişaf etdirilən bir dərmanla laboratoriya siçanlarının ömrünün uzadıla və eyni dərmanın insanların yaşlanmasını da ləngidə biləcəyi bildirilib.

SİA xəbər verir ki, “Nature” jurnalında dərc edilən araşdırmada insan orqanizminin inkişafında mühüm rol oynayan və qocalmanı tətiklədiyi güman edilən zülal qrupu - İnterleykin-11-ə qarşı antikor olaraq inkişaf etdirilən dərmanın laboratoriya heyvanlarının ömrünü 25 faiz uzatdığı deyilib.

Tədqiqata görə, İngiltərə və Sinqapur çalışan elmi komanda ilk olaraq İnterleykin-11 istehsal edə bilməmələri üçün laboratoriya siçanlarını genetikasını dəyişdiriblər. Daha sonra alimlər siçanların 75 həftəlik yaşı olana qədər gözləyiblər ki, bu da insanlarda 55 yaşa uyğun gəlir. İnterleykin-11-i bədənlərindən tamamilə təmizləmək üçün hazırlanmış dərmanı mütəmadi olaraq veriblər.

Araşdırmalar nəticəsində siçanların daha canlı və parlaq göründüyü qeyd edilib. İnterleykin-11 çatışmazlığı olan siçanların daha az xəstələndiyi qənaətinə gəlinib.

İstifadəyə yararlı olan dərman insanlarda da sınaqdan keçirildiyi, lakin fərdlərdə qocalma əleyhinə nəticələrinin hələlik məlum olmadığı bildirilib.

Alimlər siçanlarda əldə etdikləri nəticələrin insanlarda da baş verəcəyini düşünürlər.