Azərbaycanı Paris-2024-də təmsil edəcək daha bir idmançı müəyyənləşib

20 İyul 2024 16:19 (UTC+04:00)

Azərbaycanı Paris-2024 Paralimpiya Oyunlarında təmsil edəcək daha bir idmançı müəyyənləşib. SİA Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətinə istinadən xəbər verir ki, pauerliftinq üzrə millimizin üzvü Ceyhun Mahmudov (54 kq) Paris-2024 Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb.

MPK tərəfindən göndərilən sorğu əsasında 2023-cü ildə Dünya Kubokunun qalibi olmuş idmançıya Beynəlxaq Paralimpiya Komitəsindən paralimpiadada iştirak hüququ (“Bipartite”) verilib.