Bir nəfərin 35 min manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən əcnəbi saxlanılıb

20 İyul 2024 11:40 (UTC+04:00)

Bakının Nəsimi rayonunda bir nəfərin 35000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən əcnəbi vətəndaş saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 35000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.