Bakıda hoteldə oğurluq olub

20 İyul 2024 11:02 (UTC+04:00)

Bakıda hoteldə oğurluq olub, işçi saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, paytaxtın Səbail rayonu ərazisində yerləşən otellərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla oradan 13 ədəd televizor və 3 mobil telefonun oğurlanması məlum olub.

Ərazi üzrə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlinin orada işləyən E.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.