Fabreqas nəhayət baş məşqçi oldu

20 İyul 2024 06:30 (UTC+04:00)

İspaniyalı baş məşqçi Sesk Fabreqas “Komo” ilə yeni müqavilə imzalayıb. SİA xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) insayder Fabrizio Romano məlumat verib. Mənbənin sözlərinə görə, 37 yaşlı mütəxəssis futbolçu karyerasını başa vurduğu İtaliya klubu ilə 4 illik müqavilə imzalayıb. Keçən mövsümdə Fabreqas köməkçi məşqçi olsa da, de-fakto komandaya rəhbərlik edib. Mütəxəssis lazımi məşqçilik lisenziyasına malik olmadığı üçün baş məşqçi təyinatı bu günə qədər yubanıb. Fabreqasın “Çelsi”nin məşqçilər korpusuna daxil olmaq təklifi aldığı bildirilirdi.