İlon Mask “Windows”dakı nasazlığı İT tarixində ən böyük uğursuzluq adlandırıb

20 İyul 2024 02:40 (UTC+04:00)

İlon Mask “Windows” sisteminin işində yaranmış qlobal nasazlığı informasiya texnologiyaları (İT) sahəsi tarixində ən böyük uğursuzluq adlandırıb. SİA xəbər verir ki, Mask bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bu, İT sahəsində ən böyük uğursuzluqdur”, - deyə o vurğulayıb.