İsraillə HƏMAS arasında atəşkəs üzrə danışıqlar sona yaxınlaşıb

20 İyul 2024 01:26 (UTC+04:00)

“İsraillə Fələstindəki HƏMAS arasında atəşkəs artıq görünmə məsafəsindədir”.

SİA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken Koloradoda keçirilən Aspen Təhlükəsizlik Forumunda deyib.

O bildirib ki, danışıqlar artıq sona yaxınlaşıb. “Həll olunmalı bəzi məsələlər hələ də qalır. Biz hazırda bununla məşğuluq”,- deyə Blinken əlavə edib.

O həmçinin qeyd edib ki, əldə olunacaq razılaşma atəşkəsə, girovların evlərinə qayıtmasına, davamlı sülh və stabilliyin qurulması üçün daha düzgün yol izləməyə səbəb olacaq.