“Ukraynanın indi əla müharibə strategiyası var…”

20 İyul 2024 00:05 (UTC+04:00)

...Bu arada NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, general Kristofer Kavoli Aspen İnstitutunda keçirilən müzakirələr zamanı, Ukraynanın hazırda Rusiya Federasiyasına qarşı müharibə aparmaq üçün əla strategiyaya malik olduğunu bildirib.

O, hərbi hadisələrin gedişatını proqnozlaşdırmağın getdikcə çətinləşdiyini də etiraf edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə məlumatı FREEDOM verir.

Generalın sözlərinə görə, müharibənin gedişi güc yaratmaq qabiliyyətindən asılı olacaq. Xüsusilə, hansı tərəfin daha sürətli keyfiyyət gücünü toplaya biləcəyindən və fürsət pəncərəsi olduğu halda bundan yararlana biləcəyindən asılı olacaq.

...Və eyni zamanda, general qeyd edib ki, ukraynalılar indi belə bir qüvvə yaradırlar və öz strategiyalarını məharətlə qururlar.

...Son bir neçə ayda ukraynalılar əsas diqqətini şərq ərazilərinin qorunmasına yönəldiblər. Rusiyanın Krım və Ukraynanın cənubundan hücum üçün sərbəst istifadə etməyə imkan vermirlər. Bununla yanaşı, onlar Qara dənizə çıxışı qoruyub saxlamaqla güc yaradırlar..?

…Məncə, onların əla strategiyası var.

General Kristofer Kavoli bildirib bunu.

Əli Babayev