MSK sədri: Azad edilmiş ərazilərdəki 34 daimi seçki məntəqəsi seçkilərə tam hazırdır

19 İyul 2024 16:50 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərdə seçicilərin rahat səsverməsi üçün bütün şərait yaradılıb. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19-da keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, 585 səlahiyyətli nümayəndəsi artıq qeydiyyatdan keçib.

O qeyd edib ki, azad edilmiş ərazilərdəki 34 seçki daimi məntəqəsi seçkilərə tam hazırdır:

“ Bundan başqa dediyimiz kimi biz müvəqqəti – 5 günlük məntəqələr də yaradırıq. Orada səs verəcək vətəndaşlar üçün proses yüksək səviyyədə olacaq”.