İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndi ərazisində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz tənzimləyici məntəqə (QTM) qurulur. Bu barədə SİA-ya “Azəriqaz”dan məlumat verilib.
Bildirilib ki, işlər bu gün də müntəzəm olaraq davam etdirilir.
QTM Zəngilan rayonun Həkəri, Yenikənd və 2-ci Alıbəyli kəndlərini “mavi yanacaq”la təmin edəcək. QTM-in ərazisi 2500 kv metr olacaq.
Hazırda ərazidə iki su anbarının tikintisi başa çatmaq üzrədir. İşıq dirəklərinin bünövrəsi hazır vəziyyətdədir. Cari işlərin avqustun sonunadək yekunlaşdırılması planlaşdırılır.