Asim Mollazadə İlqar Məmmədova baxanda öz abrını və həyasını qoruyan insan kimi görünür
Xalqın partiyası olan Yeni Azərbaycan Partiyası parlament seçkilərində iştirak edəcək namizədlərinin adlarını açıqladıqdan sonra cəmiyyətdə seçki müzakirələri geniş xarakter alıb. Siyasi partiyalar, ictimai təşkilatlar arasında seçkilərlə bağlı müzakirələr söz-söhbətlərə, bəzən yersiz qarşılıqlı ittihamlara gətirib çıxarır. Bu hal seçki mübarizəsində rəqib qarşıdurması olaraq dəyərləndirilsə də, siyasi etika baxımından düzgün hesab edilmir. Çünki kifayət qədər yaşı və başı olan şəxslərin ictimaiyyət önün də bir-birini təhqir etməsi, aşağılayıcı ifadələr səsləndirməsi heç də onlara başucalığı gətirməyir. Lakin görünən ondan ibarətdir ki, bir-birinə olan qatı düşmənçilik hissi onlara ictimai qınaqdan nəticə çıxartmağa imkan vermir. Əksinə, demək olar ki, daha açıq və amansız formada bir-birinə qarşı gözdənsalma kampaniyası aparırlar. Xüsusilə də bu arada REAL partiyasının ütük və tülük məxluqlarından ibarət olan funksionerlərinin əndərəbadi fəaliyyətləri və əməlləri daha çox diqqəti cəlb edir. İndidən bu ünsürlər seçkilərlə bağlı siyasi, iqtisadi proqnozlarla çıxış edir, təhlillər verir, proqnozlar dilə gətirirlər. Sürünənlər sinfinə aid partiyalardan olan REAL -ın xəstə təfəkkürlü sədri İlqar Məmmədov başda olmaqla funksionerləri Natiq Cəfərli, Erkin Qədirli, sabiq REAL-çı Altay Göyüşov və digərləri parazit kimi daraşıblar sosial şəbəkələrə, hərəsi də özünü "ağıllı" siyasi təhlilçi olaraq göstərməyə çalışırlar.
Natiq Cəfərli ağ yalanını kəndir edib boynundan asıb
O gün REAL-ın icra katibi Natiq Cəfərli başından yekə iqtisadi proqnozlarla çıxış edərək deyib ki, bəs Azərbaycanın Milli Bankı fəaliyyətini dayandıracaq. Bəsit arqumenti də ondan ibarətdir ki, guya Mərkəzi Bankda 14 mlrd. dollar ehtiyat olub, bu gün isə Bankın ehtiyatı 11,7 mlrd dollar təşkil edir. Birincisi, Azərbaycanın Mərkəzi Bankı əsas ehtiyatlarını xarici valyuta ilə deyil manatla saxlayır. Digər tərəfdən həqiqət ondan ibarətdir ki, 2015-ci ildə Mərkəzi Bankda 12 mlrd. dollar və 18 milyard manat milli valyutası olub. 2024-cü ildə isə bu vəsait 17 milyard dollarla, 24 milyard Azərbaycan manatı ilə əvəzlənib. Bu məxluqun digər absurd iddiası ondan ibarətdir ki, guya Azərbaycanda neftin hasilatında və buna müvafiq gəlirlərin azalması halları baş verir. Lakin yenə də yanılır. Çünki Azərbaycan dövləti qeyri-neft sektorunun inkişaf etdirilməsinə çalışırsa və buna nail olursa, neftin hasilatının azalması təbii görünə bilər. Bununla belə Azərbaycanın OPEK-lə razılaşması var - hər ay 550 min barel neftin hasil edilməsi. Azərbaycan ötən ilə qədər hər ay 750-800 min barel neft hasil edirdi, lakin qeyd etdiyim kimi OPEK-lə əldə olunan razılaşmaya əsasən ölkəmiz dünyada neftin qiymətinin sabit saxlanılmasına öz tövhəsini vermək üçün 2024-cü ildən hasilatı 550 min barelə qədər azaltdı. Əvəzin də isə ölkəmizdə qeyr-neft sektorunun inkişaf etdirilməsinə əhəmiyyətli dəstəyini göstərdi. Bunun nəticəsidir ki, bu gün iqtisadiyyat da qeyr-neft sektorunun payı 65-70 faiz təşkil edir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan bütün sahələr də inkişaf edir. Söz yox ki, sosial-iqtisadi inkişaf əhalinin rifah halının daha da yaxşılaşması deməkdir. Necə ki, sosial nailiyyətlərdən İlqar Məmmədov, Erkin Qədirli, Natiq Cəfərli və digərləri bəhrələnməklə özlərinə malikanələr alıblar, xarici bahalı avtomobillərə sahib olublar, obyektlər inşa etdiriblər. Bunun qarşılığında dedi-qoduluq etmək sərsəmliyin və naşükürlüyün əlamətidir. Bu, mövcud faktdır, bu faktı Natiq Cəfərl kimi trollar nə başa düşə, nə də anlaya bilməzlər. Çünki bunun üçün araşdırmağa və ya təhlillər aparmağa, dövlət qurumlarının hesabatlarını öyrənmək lazımdır. N.Cəfərli isə xaricdəki antimilli ünsürlərin boşboğazlığa əsaslanan fikirlərini əlində əsas götürüb, sayıqlayır. Bu isə ona dəlalət edir ki, bu məxluq müstəqil düşüncədən və təfəkkürdən tamamilə məhrumdur. Həm də onu təsdiq etmək olar ki, N.Cəfərli kimilər təhrif edilmiş iqtisadi cızma-qaralarla çıxış etməklə cəmiyyətdə tərəddüdlər və narahatlıqlar yaratmağa çalışırlar. Lakin qanmır ki, onların danışdıqları boş qazanı danqıldatmaqdan başqa bir şey deyil.
Asim Mollazadə İlqar Məmmədova baxanda öz abrını və həyasını qoruyan insan kimi görünür
Artıq həkimlərin də təsdiq etdiyi kimi, REAL partiyasının sədri İlqar Məmmədov "şizofrenik" xəstəliyinə mübtəla olub. Onun müalicəsi və ya qısa müddətə sabit durumda olması da mümkünsüzdür. Əlamətləri isə getdikcə daha aqressiv xarakter alır. Onun partiyadaşlarını yersiz olaraq təhqir etməsi, küçə söyüşləri ilə alçaltması, maaşlarını kəsməsi və buna görə özünə haqq qazandırması vəziyyətinin həddindən artıq kritik olduğunu göstərir. Xüsusilə də, parlament seçkilərinin elan olunmasından sonra bədbəxtin vəziyyəti daha da ağırlaşıb. O məna da ki, bu məxluq əsəblərinə hakim kəsilə bilmir və hər yerdə "mən seçiləcəm", "mən deputat olacam",- deyib hay-küy qaldırır. Hətta namizədliyini irəli sürdüyü dairədəki rəqiblərini hədəfə alıb, onları öz ağılı ilə lağa qoyur. Bu yerdə deyiblər, "öz gözündə tiri görmür, başqasının gözündə tükü seçir". Hər kəs buna lağ edib, məsxərəyə qoyur, bu da başqalarını lağa qoyur. Düzdür, özünə rəqib hesab etdiyi Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə görkəm və düşüncə baxımdan ondan fərqlənmir. Ancaq A.Mollazadə İ.Məmmədova baxanda öz abrını və həyasını qoruyan insan kimi görünür. DİP sədri hər məqamda meydana atılıb yersiz açıqlamaları və əhəmiyyətsiz fəaliyyəti ilə təlxəklik etmir. Sadəcə, A.Mollazadə keçmişi qaranlıq olan şəxslərdən olduğuna görə, cəmiyyət üçün o qədər də arzuolunan şəxs hesab edilmir. Bununla belə qeyd etdiyim kimi, İ.Məmmədovla müqayisədə müsbət rəngləri özündə təcəssüm etdirən şəxsdir. İndi bu iki məxluq 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən namizədlər olaraq üz-üzə gələcəklər. Bir-birini gözdən salmaları təbiidir, həm də gözləniləndir. Nədən ki, eyni kökə və tipə malik məxluqlardır. Nə edirlərsə etsinlər, özləri bilərlər. Yəni ağıllarına nə gəlirsə onu desinlər və əllərinə nə düşürsə onu bir-birinə atsınlar. Lakin unutmasınlar ki, o dairədə xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının layiqli namizədi var. İkinci isə, deputat mandatı heç də insanlıqdan üstün ola bilməz.
İLHAM ƏLİYEV