Yevlaxda Kür çayından meyit tapılıb

18 İyul 2024 22:14 (UTC+04:00)

Yevlax rayonunda kür çayında meyit tapılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Kür çayını Yevlax rayon ərazisindən keçən hissəsində kişi meyti tapılıb.

Meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Araşdırma zamanı meyitin Şəmkir rayon sakini, 1972-ci il təvəllüdlü Pənahov Xaliq Vaqif oğluna aid olduğu məlum olub.