Çinin elmi tədqiqat qrupu xərçəngin patoloji görüntülərini ətraflı oxuya bilən çoxyönlü süni intellekt modeli hazırlayıb.
Çin Hərbi Hava Qüvvələri Tibb Universiteti, Tsinghua Universiteti və süni intellektlə əlaqəli texnologiyalar istehsal edən “Sense Time” şirkətinin tədqiqatçıları təxminən 300 min rəqəmsal patoloji təsviri ilə araşdırma aparıblar.
Tədqiqat çoxyönlü süni intellekt modelinin 20-dən çox orqanı analiz edə biləcəyini ortaya çıxarıb. Bildirilib ki, bunlara pan-xərçəng təsnifatı, lezyonların tərifi, çoxsaylı xərçəng və biomarkerlərin qiymətləndirilməsi kimi maddələr daxildir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, "PathOrchestra" adlı çoxyönlü süni intellekt tətbiqi 50-yə yaxın xərçəng növündə 95 faizdən çox dəqiqlik əldə edib.