Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İran prezidenti Məsud Pezeşkiyanla ikitərəfli münasibətləri müzakirə edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyinin yaydığı məlumata görə, Məhəmməd bin Salman Məsud Pezeşkiyanla telefon əlaqəsi saxlayıb.
Xəbərdə Məhəmməd bin Salmanın Məsud Pezeşkiyanı prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik etdiyi, tərəflərin iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirdiyi qeyd edilib.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və İran prezidenti həmçinin iki ölkə arasındakı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.