Türkiyədə iqtisadiyyatda atılan addımlarla əldə edilən irəliləyişlər beynəlxalq mətbuatın da gündəmindədir.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, İngiltərənin “Financial Times” qəzeti Türkiyənin investisiya üçün cəlbedici bir mərkəzə çevrildiyini vurğulayıb.
Qəzetdə dərc olunan məqalədə Türkiyə iqtisadiyyatındakı inkişaf və makroiqtisadi məlumatlarda irəliləmə qeyd olunub.
Yazıda iqtisadiyyatda cari hesab kəsirinin azaldığı və Türkiyə Mərkəzi Bankı ehtiyatlarının 148,5 milyard dollarlıq tarixi səviyyəyə çatdığı vurğulanıb.
Təhlildə iyun ayında inflyasiyanın proqnozun altında olduğuna diqqət çəkilib və dezinflyasiya prosesinin başladığı bildirilib.
Türkiyənin kredit reytinqinin yüksəldiyi və ölkənin “boz siyahı”dan çıxarıldığı bildirilərək kredit reytinq agentliklərindən ardıcıl olaraq yuxarıya doğru yeniləmələrin olduğu vurğulanıb.
Məqalədə Türkiyəyə xarici investor axınının sürətləndiyi də yer alıb.