Sumqayıtda sahibsiz iti öldürən şəxs cərimə edilib

18 İyul 2024 18:35 (UTC+04:00)

Sumqayıt şəhərində sahibsiz itin öldürülməsi barədə sosial şəbəkədə paylaşılan görüntülər Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən araşdırılıb və iti öldürən şəxsin Sumqayıt şəhər sakini Yavər Hüseynov olduğu müəyyən edilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildiriblər ki, faktla bağlı Y.Hüseynov barəsində inzibati protokol tərtib olunub.

Xidmət rəsmisi Asif Məcidovun verdiyi məlumata görə, protokol Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Sumqayıt regional ekologiya idarəsinə təqdim olunub və qanun pozucusu Y.Hüseynov qanunamüvafiq qaydada cərimə edilib.