Makedoniya Baş Qərargah rəisi Türkiyədə səfərdədir

18 İyul 2024 17:54 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak Şimali Makedoniya Baş Qərargah rəisi Vasko Qjurçinovski ilə görüşüb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, general Metin Gürakın dəvəti ilə paytaxt Ankaraya səfər edən Şimali Makedoniya Baş Qərargah rəisi üçün hərbi mərasim təşkil edilib.

Mərasimdən sonra Metin Gürak və həmkarı arasında görüş olub.

Görüşdə hərbi əlaqələr, regional və beynəlxalq hadisələr müzakirə edilib.