Azərbaycan və Dünya Bankı “yaşıl enerji”nin inteqrasiyasının maliyyələşməsini müzakirə edib

18 İyul 2024 15:04 (UTC+04:00)

“AzərEnerji” ASC Dünya Bankı ilə Azərbaycanda həyata keçiriləcək irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının maliyyələşmə məsələlərini müzakirə edib. SİA quruma istinadən verdiyi məlumata görə, bu barədə müzakirələr “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən onlayın görüşdə aparılıb.

Görüşdə, eyni zamanda yeni tikiləcək 500 kV-luq “Navai” yarımstansiyası, yeni çəkiləcək ötürmə xətləri, fəaliyyətlərin ekoloji, sosial təsirləri və başqa məsələlər də görüşdə müzakirə mövzusu olub.