Sumqayıtda evdən 50 yaşlı kişi meyiti tapılıb

18 İyul 2024 11:36 (UTC+04:00)

Sumqayıt şəhərində evdən 50 yaşlı kişinin meyiti tapılıb. SİA-nın məlumatına görə, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Tacəddin Firuddin oğlu Hüseynovun meyiti onun yaşadığı evdə aşkarlanıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.