Bu ilin iyun ayında ailə başçısını itirməyə görə 189 min 820 nəfərə pensiya və müavinət ödənilib. Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, onlardan 135 min 281 nəfər pensiya, 54 min 539 nəfər isə müavinət alıb.