ABŞ prezidenti COVID-19-a yoluxub

18 İyul 2024 04:37 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden koronavisrusa yoluxub. SİA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat yayıb. O bildirib ki, prezident əvvəlcədən peyvənd olunub və xəstəliyi yüngül simptomlarla keçirir. Co Bayden Delaverə gedərək özünütəcrid rejimində işləyəcək.

Xəstəliyə görə Co Baydenin Las-Veqas səfəri təxirə salınıb. Onun “UnidosUS” təşkilatının konfransında çıxışı nəzərdə tutulurdu.