Çasovoy Yar xaraba qalıb...

17 İyul 2024 22:45 (UTC+04:00)

...“Come Back Alive” (Sağ qayıt) xeyriyyə təşkilatı bir vaxtlar təxminən 13 min insanın məskunlaşdığı, müharibədən dağılmış Çasovoy Yarda çəkilmiş dron videosunu nümayiş etdirib.

SİA-nın əldə etdiyi məlumata görə, indi şəhər tamamilə dağıdılıb, görüntülərdə sağ qalan bir dənə də olsun bina görünmür.

Deyilənlərə görə, şəhərin müdafiəsi Kral Daniel adına 24-cü Mexanikləşdirilmiş Piyada Briqadasının və Müdafiə Qüvvələrinin digər hissələrinin əsgərləri tərəfindən davam etdirilir.

Əli Babayev