Moskvada Təhsilin Rəqəmsallaşdırılması Mərkəzində yanğın baş verib. İtkilər barədə məlumat verilmir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır. Hadisə çərşənbə günü, iyulun 17-də, 1905 metrostansiyası yaxınlığında, Presnenski Valdakı binada baş verib. ...Presnenski Valda Təhsilin Rəqəmsallaşdırılması Mərkəzinin binası yanır. Yanğına yüksək mürəkkəblik dərəcəsi verilib.
Bunu mənbə qeyd edib.
Hadisə şahidlərinin yaydığı kadrlarda evin çardağından qatı qara tüstü tökülürdü.
Binaya iki yanğınsöndürən və təcili tibbi yardım maşını gəlib. Mərkəzin rəhbərliyinin nümayəndələri yanğınsöndürənlərə təxliyyənin başa çatdığını və içəridə heç kimin olmadığını bildiriblər.
Fövqəladə vəziyyətin səbəbləri və şəraiti aydınlaşdırılır.
Əli Babayev