Belarus lideri Aleksandr Lukaşenko Müdafiə Nazirliyinin strukturunda kadr dəyişikliyi həyata keçirib.
...Aleksandr Naumenko müdafiə nazirinin müavini təyin edilib.
SİA-nın əldə etdiyi məlumata görə, əvvəllər bu vəzifəni icra edən Andrey Juk yaşla əlaqədar olaraq, bu vəzifədən azad edilərək ehtiyata transfer edilib.
Naumenko təyin olunana qədər Silahlı Qüvvələrin Şimal-Qərb Əməliyyat Komandanlığının komandiri vəzifəsində çalışıb.
Onun yerinə Silahlı Qüvvələrin Baş Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilən Aleksandr Bas təyin edilib.
Əli Babayev