Ukraynanın rəhbəri Vladimir Zelenski Rusiyanı dəstəklədiyinə və onun ərazisində qalmasına görə dövlət mükafatlarından məhrum edilməsini nəzərdə tutan yeni qanun layihəsi barədə danışıb.
Əgər o, qüvvəyə minərsə, xüsusi hərbi əməliyyat başlayandan sonra Moskvada qalan müğənni Ani Lorakdan Ukraynanın xalq artisti adı alına bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “mk.ru” yazıb.
2022-ci ildə Lorakın uzun müddət ictimaiyyətə görünməməsinə və xaricdə diqqət çəkməsinə baxmayaraq, o, sonda Rusiya Federasiyasında yaşamağa və karyera qurmağa davam etmək qərarına gəldi. İndi o, Rusiya televiziya layihələrində fəal şəkildə çəkilir, konsertlər verir və ictimai tədbirlərdə iştirak edir. Eyni zamanda, o, hələ də Ukraynanın xalq artistidir
Son müraciətlərinin birində Zelenski bildirib ki, Ukraynanın Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə və digər qanunvericilik aktlarına ölkəni dəstəkləməyən vətəndaşların titullarından məhrum edilməsinə imkan verəcək dəyişikliklərin edilməsi planlaşdırılır.
Təbii ki, bu siyahıda Ani Lorak da var.
Xatırladaq ki, ukraynalı müğənni Taisiya Povaliy uzun müddətdir Rusiyada yaşasa da, bir neçə il əvvəl titulundan məhrum edilib.
…Və yeri gəlmişkən, hazırda Ani Lorak Belarusiyada "Vitebskdə Slavyan bazarı" beynəlxalq incəsənət festivalındadır. Orada o, rus dilində mahnılarını oxuyur və xalqlar arasında "dostluğu" fəal şəkildə təbliğ edir. O, xüsusən də bəzi Rusiya mediasına bildirib ki, indi ən çox arzuladığı şey sülhdür.
Nazlı Almuradova