Rusiyanın texnoloji suverenliyini afrikalılar təmin edəcək?

17 İyul 2024 19:04 (UTC+04:00)

...Təbii ki, Keniya kimi ölkələrdən Rusiya şirkətləri tərəfindən cəlb edilən işçilərin sayının 39 dəfə artması hələlik saysız-hesabsız qara miqrant legionlarının tikinti meydançalarına və mənzil-kommunal təsərrüfat müəssisələrinə köçəcəyini göstərmir.

Çünki mütləq saylarda belə əhəmiyyətli Afrikadan gələn işçilərin artması o demək deyil ki, afrikalılar indi kadr çatışmazlığından əziyyət çəkən dövlət və kommersiya strukturlarında bütün boş yerləri dolduracaqlar.

SİA xəbər verir ki, bu gün Rusiyadakı işə götürənlərin dediyinə görə, guya onlar Qara Qitədən Rusiyada işləmək üçün əsasən İT mütəxəssisləri və satış menecerlərini cəlb edirlər.

Belə nəticə çıxır ki, afrikalılar, hətta kifayət qədər kasıb ölkələrdən belə, Rusiya Federasiyasına tikinti sahələrində işləməyə və ya Mərkəzi Asiyadan olan həmkarlarının əvəzinə təmizlikçi kimi getməyə tələsmirlər?

Digər tərəfdən, vəziyyət göstərir ki, Rusiya iqtisadiyyatının yüksək texnologiyalı sektorlarına cəlb olunan afrikalı mütəxəssislərin ixtisasları yerli işəgötürənləri ya kifayət qədər qane edir, ya da işəgötürənlərin sadəcə seçimi azdır.

...Və buna görə də onlar keniyalıları, zimbabveliləri, kamerunlular, qabonlular və və daha bilmirəm kimləri işə götürməyə məcburdurlar..?

Əli Babayev