Yakutiyada daşqınlar nəticəsində 4,8 min nəfər zərər çəkib

17 İyul 2024 18:32 (UTC+04:00)

Yakutiyada yaz daşqınları nəticəsində zərər çəkənlərin sayı təxminən 4,8 min nəfər təşkil edir.

SİA rus saytlarına istinadən xəbər verir ki, bunu regionun rəhbəri Aysen Nikolaev “Rossiya-24” telekanalında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq 229 milyon rubldan çox maddi və maliyyə yardımı kompensasiya məqsədilə vətəndaşların hesablarına köçürülüb. Ümumilikdə birdəfəlik maddi və maliyyə yardımı almaq üçün 9 mindən çox ərizə daxil olub.

Yaz daşqınları bölgə üçün əsas problemlərdən biri sayılır. Mayın 20-dən etibarən Yakutiyada fövqəladə vəziyyət rejimi elan edilib. Zərərin ilkin məbləği 2,9 milyard rubl təşkil edir.