Azərbaycan modeli feminizmin önəmi TƏHLİL

17 İyul 2024 17:03 (UTC+04:00)

Azərbaycan Yaxın Şərq və Avropa arasında körpü olan və zəngin mədəni irsi ilə seçilən bir ölkədir. Beləliklə, Azərbaycandakı qadın hərəkatlarının tarixi və mədəni konteksti də bir sıra təsirlərə məruz qalıb. Türk adət-ənənələri və İslamın təsirləri ilə birlikdə araşdıracağım bu mövzuda adlandıra bilməyəcəyimiz nüansları da müzakirə edəcəyik. Azərbaycanda feminizmin necə formalaşdığı və bu prosesdə yaşanan transformasiyalardan bəhs edəcəyəm.

Azərbaycan coğrafi mövqeyinə görə türk mədəniyyəti və adət-ənənələrinin təsirinə məruz qalmışdır. Türk adət-ənənələrində qadın ailədə mühüm rol oynasa da, ictimai həyatda kişilərin hakim olduğu bir quruluş var idi. Beləliklə, Azərbaycanda qadınların sosial və iqtisadi həyatda iştirakı, uzun illər boyu bu ənənəvi quruluşa uyğun formalaşıb. Azərbaycan eyni zamanda İslam mədəniyyətinin təsirlərinə məruz qalmış bir ölkədir. İslam qadına müəyyən hüquqlar verən bir din olsa da, islami şərhlər ölkədə fərqli nəticələr yaratmışdır. 1991-ci ildə isə Sovet İttifaqının dağılması ilə Azərbaycan öz müstəqilliyini elan etdi. Bu proses ölkədə siyasi, iqtisadi və mədəni transformasiyalara səbəb olub. Müstəqillikdən sonrakı dövrdə Azərbaycanda feminist düşüncə və hərəkatın yenidən formalaşması və güclənməsi başlandı. Qadın hüquq müdafiəçiləri və fəallar gender bərabərliyi uğrunda mübarizə aparmağa başladılar.

Bu gün Azərbaycanda feminist hərəkat qadın hüquqları, gender bərabərliyi və qadınlara qarşı zorakılıq kimi əsas məsələləri öz gündəliyinə qoyur. Gender rollarının yenidən qiymətləndirilməsi, qadınların siyasi təmsilçiliyinin artırılması və təhsildə bərabərlik kimi məsələlər feminist fəalların əsas məqsədlərindəndir. Bununla belə, bu prosesdə ənənəvi türk adət-ənənələrinin və İslam dəyərlərinin təsiri də göz ardı edilməməlidir. Belə ki, günümüzdə də bəzi hallarda qadının ailədəki rolu, gender normaları və ictimai həyatda qadının yeri bu mədəni və dini təsirlərlə müəyyən edilir. Feminist hərəkat isə bu ənənəvi strukturlarla mübarizə aparmağa və dəyişiklik yaratmağa çalışır.

Azərbaycanda feminist hərəkatının təsirləri həm cəmiyyətin, həm də dövlətin siyasət və proqramlarında özünü büruzə verib. Qadın hüquqları uğrunda aparılan maarifləndirmə və mübarizə gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm addımların atılmasına yol açmışdır. Bununla belə, bəzi çətinliklər və müqavimətlər də var ki, bu da feminist fəalların üzləşdiyi çətinliklərdəndir. Nəticədə Azərbaycandakı feminizm də müəyyən qədər qərbdən təsirlənsə də, qərb modelli feminizmdən müəyyən qədər fərqlənir. Bu fərq hərəkatın inkişaf səviyyəsi ilə bağlı olsa da müəyyən səciyyəvi xüsusiyyətlər də daşıyır. Beləliklə bu məqamda etməli olduğumuz əvvəl-axır öz məqsədinə çatacaq bir hərəkat olan feminizmi özümüzünküləşdirərək Azərbaycan feminizmi modeli yaratmaqdır. Yanlız bu yolla biz Azərbaycan ailə dəyərlərini qoruyaraq mentalitet itkilərimizi minimuma endirə bilərik.