"Azərbaycan-Pakistan münasibətlərinin əsrlər boyu tarixi var. Həmişə də bizim münasibətlərimiz çox isti və yaxın olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.
O bildirib ki, vaxtilə, 150 il bundan əvvəl Azərbaycanın Pakistan xalqına köməyi olub: "Bu da insanların yadından çıxmayıb.
Bizim ticarət əlaqələrimiz bir o qədər də deyil, məqsəd qoyulub ki, artmalıdır. Mənə daha çox müsbət təsir edən müraciətdir. Yəni Pakistan rəhbəri cənab Prezidentə müraciət edəndə "qardaş" sözü işlətdi. Bu sözün böyük mənası var. Ölkə rəhbərlərinin bir-birinə "qardaş" deməsi onu göstərir ki, iki ölkə rəhbərlərinin arasında kifayət qədər yüksək səviyyədə qardaşlıq münasibətləri var.
Azərbaycan və Pakistanın iqtisadi gələcəyi üçün qərar verilib ki, 2 milyard dollar investisiya yatırımı olacaq. Təbii ki, bu, hər iki tərəfə maraqlıdır. Maliyyə, iqtisadi tərəfdən münasibətlərin daha da yüksək mərhələyə qalxması üçün maraqlıdır. Əsasən energetika, neft, logistika, daşınma, şəhər infrastrukturları, bir çox bu mövzular, hədəflər var. Nəzərə alsaq ki, Pakistan kifayət qədər hərbi istehsalda da çox irəlidədir. Bizdə təkcə mülki münasibətlər yox, hətta hərbi istehsalla əlaqədar olan münasibət də var. Bunlar da inkişaf edəcək. Ümumiyyətlə, xalqlarımız iki qardaş xalqdır, ona görə ki, rəhbərlər bir-birinə "qardaş" deyirlər. Bunun iqtisadi, mənəvi, mədəniyyət tərəfindən bütün aspektlərdə inkişafı bizə maraqlıdır. Yatırımdır, təbii ki, Azərbaycanın bu gün transkontinental hörməti, yəni iki qitədə böyük hörməti var.
Bütün dünya Azərbaycanı alqışlayır, dəstəkləyir, cənab Prezidentin sülhməramlı diplomatik formada apardığı siyasəti bəyənir və bu da bizim üçün yeni bir mərhələ, daha da yüksək inkişaf mərhələsidir".