Akropol həddindən artıq istilər səbəbindən ziyarətçilər üçün bağlanıb

17 İyul 2024 14:57 (UTC+04:00)

İstilər ilə mübarizə aparan Yunanıstan bu gün saat 12:00-17:00 arası ölkəyə gələn turistlərin sevimlisi olan tarixi Akropolu ziyarətçilərə bağlamaq qərarına gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan Mədəniyyət Nazirliyi verdiyi yazılı açıqlamada Əmək və Sosial Müdafiə Nazirliyinin həddindən artıq istilər səbəbiylə işçiləri qorumaq üçün qabaqlayıcı qərarlar aldığını xatırladıb.

Həftə sonuna qədər davam edəcəyi gözlənilən səhra temperaturu səbəbindən temperaturun 43 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

Yunanıstanda son on gündə təsirli olan səhra istiləri səbəbiylə işçilərin və ictimaiyyətin qorunması üçün həftə sonuna qədər qüvvədə olacaq tədbirlər dünən açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hava istiliyinin çox yüksək olacağı gözlənilən 16-19 iyul tarixləri arasında dövlət və özəl sektorda çalışan bütün işçilər üçün xüsusi ehtiyat tədbirləri görməyə qərar verib.