...Rusiyanın Belqorod vilayəti ərazisinə genişlnən aktiv hərbi əməliyyatlar səbəbindən Rusiya hərbçiləri ilə mülki əhali arasında gərginlik artmaqda davam edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının Ukrayna ilə həmsərhəd ərazilərində anarxiyanın miqyasını ortaya qoyan Z-hərbi müxbiri Anastasiya Kaşevarova bildirib.
Onun etirafına görə, Ukraynaya hücum Belqorod vilayətində yaşayan ruslar üçün əsl kabusa çevrildi.
Üstəlik, Xarkov vilayətinə yenidən hücum etmək qərarı sərhəd ərazilərini tam hüquqlu cəbhəyə çevirib: burada mütəmadi olaraq mərmilər partlayır və pilotsuz təyyarələr uçuşur; yüzlərlə ev və avtomobil dağıdılıb, ruslar arasında qurbanların sayı da durmadan artır.
Mülki əhali daim hakimiyyətdən onları xilas etməyi və onlara kömək etməyi tələb edir, lakin real kömək olmur.
...Şebekino, Qrayvoron və digər rayonların minlərlə sakini evlərini tərk edə bilmir. Cəbhə bölgələrində Rusiya hakimiyyəti yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri toplamaqda davam edir və eyni məbləğdə vergilər, rüsumlar, mənzil-kommunal xidmətlər ödəyir.
Drondan uzaqlaşmaq üçün sürət həddini aşan və ya təhlükəli ərazidən sürətlə keçən sürücülər dövlət tərəfindən cərimələnir. Yerli sakinlər dağılmış evlərə və maşınlara görə kompensasiya ala bilmirlər.
Kaşevarova iddia edir ki, rus əsgərləri ilə yerli mülki əhali arasında gərginlik artır.
Əli Babayev