“Şahdağ Qaçış Festivalı”na 500 nəfərə yaxın iştirakçı qatılıb - FOTOLAR

17 İyul 2024 12:02 (UTC+04:00)

“Şahdağ” Turizm Mərkəzinin və Dağçılıq İdman Klubunun birgə təşəbbüsü ilə növbəti “Şahdağ Qaçış Festivalı” təşkil edilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, ikinci ildir ki, keçirilən yarışın əsas məqsədi Azərbaycanda qaçış idman növlərini inkişaf etdirmək, sağlam həyat tərzini təbliğ etmək və insanlar arasında idmana marağı artırmaqdır.

“Şahdağ”da iki gün davam edən yarışda 4 kateqoriya üzrə 500-ə yaxın iştirakçı vertikal qaçış və cığır qaçışı üzrə birincilik uğrunda mübarizə aparıblar.

Sonda qaliblərə “Şahdağ” Turizm Mərkəzi və tədbirin təşkilində iştirak edən digər təşkilatlar tərəfindən müxtəlif hədiyyələr verilib və medallar təqdim edilib.

Festival zamanı tədbirə qatılan böyüklər və uşaqlar üçün əyləncəli kostyumlarda müxtəlif qaçış yarışları da təşkil olunub.

Yarış çərçivəsində iştirakçılar üçün musiqili əyləncəli proqramlar nümayiş etdirilib.

Qeyd edək ki, ötən il keçirilən yarışa 200 iştirakçı qatılmışdı. Builki festivalda isə iştirakçıların sayı 500 nəfərə yaxın olub.