Bakı Dəniz Ticarəti Limanında bədbəxt hadisə baş verib. SİA-nın məlumatına görə, Limanda fəaliyyət göstərən şirkətlərin birinin anbarında çalışan Məmmədağa Məstanov iş zamanı yıxılaraq dəmir qapının arasında qalıb.
M.Məstanov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.