Borodina Türkiyə hava limanında dava saldı

17 İyul 2024 06:40 (UTC+04:00)

İstirahətdən qayıdan Kseniya Borodina Türkiyə hava limanında qalmaqal yaradıb. SİA xəbər verir ki, şahidlərin dediyinə görə, aparıcının yanından keçən kişi onu itələdiyi üçün hava limanında qalmaqal yaşanıb. Sürətli yolda hərəkət edən və bütün rəsmi prosedurları digərlərindən daha tez başa vurmaq hüququ alan vətəndaş keçmək istəyərkən Kseniya ona yol vermək istəməyib. Bu səbəbdən onlar arasında qalmaqal yaşanıb. Hava limanı işçiləri tərəfindən qaydaların izah olunduğu Kseniya digər adi vətəndaşlarla birlikdə növbədə gözləməli olub.