Medvedevdən kritik AÇIQLAMA

17 İyul 2024 04:50 (UTC+04:00)

Şimali Atlantika Alyansına (NATO) qəbul edilməsi planlaşdırılan Ukrayna 2034-cü ilə qədər mövcudluğunu dayandıra bilər. SİA Aif.ru-ya istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Yens Stoltenberq bildirib ki, o, Ukraynanın 2034-cü ildə NATO-ya daxil olmasını yaxşı ssenari hesab edir. Yəni, heç vaxt”, - deyə Medvedev Ukraynanın bu vaxta qədər mövcudluğunu dayandıra biləcəyini etiraf edib. İyulun 11-də Dmitri Medvedev Ukrayna və NATO-nun yoxa çıxmasını təmin etmək üçün hər şeyi etməyə çağırıb.