Minsk Varşava ilə əməkdaşlıqdan imtina edəcək..?

16 İyul 2024 22:16 (UTC+04:00)

Polşa Belarusla sərhəd idarəçiliyi məsələlərində əməkdaşlıqdan tamamilə imtina edib. Çünki birgə səylərin qeyri-qanuni miqrasiya və ondan faydalanan cinayətkarlarla effektiv mübarizə aparacağını başa düşür.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Belarus Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Yuri Ambrazeviç deyib.

...Bizim daimi təkliflərimizə baxmayaraq, Varşava Minsk ilə hüquqi yardım və sərhəd idarəetmə alətləri çərçivəsində əməkdaşlıqdan tamamilə imtina edib.

Amma unutmaq lazım deyil ki, yalnız birgə səylər öz ölkələrindən Qərbi Avropaya, ilk növbədə Almaniyaya gedən bədbəxt miqrantları istismar edən cinayətkarlarla effektiv mübarizə aparmağa imkan verəcək.

Qeyd edək ki, Ambrazeviç bunu BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında bildirib.

Əli Babayev