...Amerikanın “F-16” qırıcısını ilk vuran hərbçi 15 milyon rubl alacaq.
Rusiyanın “FORES” şirkəti təyyarənin məhv edilməsinə görə belə bir mükafat elan edib.
SİA-nın əldə etdiyi məlumata görə, təşkilatın direktoru İlya Potaninin sözlərini Müdafiə Nazirliyi Telegram-da sitat gətirib.
Potanin həmçinin xüsusi əməliyyat zonasında “Abrams” və “Leopard” tanklarını məhv edən hərbçilərə mükafatlar təqdim edib.
“FORES” direktorunun sözlərinə görə, bu mərasim artıq yeddinci olub. Belə ki, bunda əvvəl o, hər vurulan tank üçün 500 min rubl ödəniş edib.
Şirkət rəhbəri hər vurulan “F-16” və ya “F-15”-ə görə də mükafatlandıracağını vəd edib.
Amma məhv edilən ilk təyyarəyə görə 15 milyon rubl ödəniləcək.
Potanin sonrakı hallarda ödənişlərin məbləğini dəqiqləşdirməyib.
Əli Babayev