...Gecə yarısı Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş hissəsində Rusiyanın S-300 kompleksini vurub.
SİA-nın əldə etdiyi məlumata görə, videonu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski öz Facebook səhifəsində yayımlayıb.
...Döyüş tapşırığını uğurla yerinə yetirdiklərinə görə əsgərlərə minnətdarlığımı bildirirəm! Bu gün gecə yarısı Ukrayna Silahlı Qüvvələrinin raket qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər komponentləri ilə birlikdə müvəqqəti işğal olunmuş Donetsk vilayətinin ərazisində düşmən S-300 kompleksinə zərbələr endirib. Kəşfiyyat məlumatlarına görə, düşmənin RLS-in və buraxılış qurğularının məhv edilməsi təsdiqlənib.
Bunu Aleksandr Sırski yazıb.
Əli Babayev