Qara rəng deyil..?

16 İyul 2024 23:25 (UTC+04:00)

Bu gün sizə rənglərdən, yox, rəngsizlikdən danışacağıq. Məsələn, qara rəng deyil, niyə, “çünki” deyərək izahına keçirik. SİA bu dəfə də Türkiyə saytlarına istinad edir.

Qaranın rəng olub-olmadığını anlamaq üçün əvvəlcə rəngin nə olduğunu müəyyən edək. Rəng işığın müəyyən dalğa uzunluqlarının gözlərimiz tərəfindən əks olunmasıdır. Bu hadisə qavrayış yolu ilə baş verir. Gözlərimizdəki konus hüceyrələri müxtəlif dalğa formaları yaradır, onların ölçüsünü müəyyən edir, bu məlumatı beyinə ötürür, rəngləri görməyə imkan verir.

Gözümüzün tor qişasındakı konus hüceyrələri müxtəlif dalğa uzunluqlarına həssasdır. Torlu qişada üç əsas növ konus hüceyrəsi var: qırmızı, yaşıl və mavi. Bu hüceyrələr müxtəlif dalğa uzunluqlarında olan işığı qəbul edir və beynimizə rəngli görüntülər verir. Ağ işıq bir obyektə düşdükdə, bu işıq görünən spektrin bütün rənglərini üzə çıxarır. Bir cisim bütün bu işığı əks etdirirsə, əslində beynimiz o görüntünü ağ rəng kimi alır. Rənglərin bir hissəsini özünə çəkən və bəzilərini əks etdirən cisimlər dalğa uzunluğundakı rənglərlə birlikdə qəbul edilir.

Qara rəng ağdan fərqli əks olunmur. Cisim üzərinə düşən işığın hamısını udursa, heç bir işıq əks etdirmirsə, cisim qara rəng olaraq qəbul edilir.

Qara əslində işığın olmaması deməkdir. Buna görə də, elmi baxımdan qara rəng digər rənglər kimi işığın dalğa uzunluğu ilə müəyyən olunmur. Deməli, qara texniki baxımdan rəng deyil, işığın yoxluğunu və ya bütün rənglərin udulmasını bildirir.

Qara - gündəlik həyatda istifadə etdiyimiz boya və ya mürəkkəb kimi materiallarda rəng palitrasının bir hissəsidir. Fiziki və optik baxımdan da qara əslində rəngin olmamasını təmsil edir. Boya qarışdırarkən və ya çəkərkən qara rəngi rəng kimi düşünə bilərik. Qara boya digər rənglərdə müxtəlif çalarlar yaratmaq üçün istifadə edilir. Bununla belə, bu qarışıqlar işığın fiziki xüsusiyyətlərindən daha çox piqmentlərin xüsusiyyətlərilə bağlıdır.

“Hər zaman ağı qaradan ayıra bilənlərdən olaq” diləklərilə hər birinizə “hələlik” deyirik.