Moskvanın şimalında zəhərlənmə qurbanlarının sayı 17-yə çatıb

16 İyul 2024 19:15 (UTC+04:00)

Moskvanın şimalında zəhərlənmə ilə bağlı cinayət işi çərçivəsində bir neçə ekspertizalar, o cümlədən məhsulun keyfiyyətinə nəzarət ekspertizası təyin edilib.

SİA rus saytlarına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin paytaxt idarəsinin Telegram-da verdiyi məlumata görə, qurbanların sayı 17-yə çatıb.

Həkimlər tərəfindən qoyulan ilkin diaqnoz salmonellyozdur. İstintaq Dmitrovskoye şossesində yerləşən üç fast food məntəqəsini yoxlayır.

İstintaq tədbirləri həyata keçirilir, lazımi sənədlər öyrənilir, məhsullar götürülüb. İstintaq Komitəsindən verilən məlumata görə, qida obyektlərindən birinin sahibinin yeri müəyyən edilib.

Tezliklə o, istintaq şöbəsinə aparılacaq. Müstəntiqlər daha iki iaşə obyektinin sahiblərini və işçilərini müəyyənləşdirirlər.

Əli Babayev