Omanda silahlı hücum, ölənlər var

16 İyul 2024 17:56 (UTC+04:00)

Omanın paytaxtı Maskatda məscid yaxınlığında baş verən silahlı hücumda 4 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, yerli polisin verdiyi bəyanatda deyilir: ''Vəziyyətlə bağlı bütün təhlükəsizlik tədbirləri görülüb, dəlillərin toplanması və araşdırma prosedurları tamamlanır".
Qeyd edək ki, Yaxın Şərqdə yerləşən Oman neytral mövqeyi ilə tanınır.